Shopping cart

  • Home
  • İdman
  • U-23 dünya çempionatı: Günay Qurbanova finala yüksəlib, Ruslan Nurullayev bürünc medal qazanıb
İdman

U-23 dünya çempionatı: Günay Qurbanova finala yüksəlib, Ruslan Nurullayev bürünc medal qazanıb

Email 47

Azərbaycan güləşçisi Günay Qurbanova ABŞ-nin Las Veqas şəhərində keçirilən U-23 dünya çempionatında finala vəsiqə qazanıb.

“Qasid Media”nın məlumatına görə, 59 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Argentina təmsilçisi Kamila Amarillaya qalib gəlib.

O, qızıl medal uğrunda qarşılaşmada ukraynalı Alina Filipoviçlə üz-üzə gələcək.

Yunan-Roma güləşçisi Ruslan Nurullayev (77 kq) isə üçüncü yer uğrunda qarşılaşmada ukraynlı İrfan Mirzoyevi məğlub edərək bürünc medal qazanıb.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçisi Elmir Əliyev (60 kq) gümüş mükafata sahib çıxıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər