Shopping cart

  • Home
  • Hadisə
  • Türkiyədə sərnişin avtobusu avtomobillə toqqu
Hadisə

Türkiyədə sərnişin avtobusu avtomobillə toqqu

Email 8

Türkiyənin İstanbul əyalətinin Eyüpsultan rayonunda sərnişin avtobusu ilə avtomobilin toqquşması nəticəsində 30 nəfər xəsarət alıb.

“Qasid Media” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, rayonun Nişança Məhəlləsi Yavədut küçəsində hərəkət edən sərnişin avtobusu ilə avtomobil toqquşub. Avtobus daha sonra dirəyə çırpılıb.

Hadisəyə səbəb kimi yolun sürüşkən olması göstərilir.

İstanbul əyaləti səhiyyə idarəsinin müdri Abdullah Əmrə Günər avtoqəzada xəsarət alan 30 vətəndaşın hadisə yerində ilk müdaxilələrdən sonra təcili yardım maşınları ilə xəstəxanalara göndərildiyini açıqlayıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu vurğulanıb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər