Shopping cart

  • Home
  • Dünya
  • Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
Dünya

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub

Email 14

Türkiyənin 34 vilayətində qanunsuz mərc oyunları, çirkli pulların yuyulması və cinayətkar qruplaşmalar əleyhinə əməliyyat keçirilib.

“Qasid Media” “Haber Global”a istinadən xəbər verir ki, əməliyyat Nevşehir Baş Prokurorluğu və Nevşehir Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin 7 aylıq araşdırması çərçivəsində təşkil olunub.

Əməliyyat zamanı 6 qeydiyyatsız tapança, 2 qeydiyyatsız tüfəng, 1 qılınc, çoxsaylı patron, 20 milyard Türkiyə lirəsi (təxminən 678 milyon manat) müsadirə olunaraq götürülüb.

Məhkəmə araşdırmaları zamanı 119 şübhəlidən 90-ı barəsində həbs qərarı verilib: “Onlar cəzaçəkmə müəssisəsinə göndəriliblər. Qalan 29 nəfərlə bağlı müvafiq məhkəmə prosedurları həyata keçirilib”.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər