Email 10
Türkiyənin İstanbul əyalətinin Küçükçəkməcə rayonunda minik maşınının İstanbul Elektrik Tramvay və Tunel İstismarı idarəsinə aid avtobusa çırpılması nəticəsində üç nəfər ölüb.
“Qasid Media” xəbər verir ki, məlumat “Haber Global”yayıb.
Bildirilib ki, avtomobilin içərisində sıxışan üç nəfər xilasedicilərin köməyi ilə çıxarılıb. Onlar ağır yaralı halda xəstəxanaya aparılsalar da, hər üçü həyatını itirib.
Hadisə yerinə yanğınsöndürmə briqadası, polis və tibbi heyət cəlb olunub.










