Email 28
Türkiyənin Kırıkkale vilayətində ağır yol hadisəsi baş verib. Sərnişin avtobusunun aşması nəticəsində 41 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir. Hadisə yerinə təcili yardım briqadası, xilasedicilər və polis əməkdaşları cəlb olunub. Qəza ilə əlaqədar yol müvəqqəti olaraq bağlanıb. Avtobusun sürücüsü saxlanılıb. Qəzanın səbəbləri araşdırılır.




