Shopping cart

  • Home
  • Dünya
  • Türkiyədə korrupsiyaya görə 2-si bələdiyyə sədri olmaqla 16 nəfər həbs edilib
Dünya

Türkiyədə korrupsiyaya görə 2-si bələdiyyə sədri olmaqla 16 nəfər həbs edilib

Email 14

Türkiyənin Mersin Böyükşəhər Bələdiyyəsi, o cümlədən Yenişehir və Mezitli bələdiyyələrinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində saxlanılan 60 nəfərdən 16-sı həbs edilib.

“Qasid Media” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, həbs olunanlar arasında Yenişehir bələdiyyə sədri Abdullah Özyiğit və Mezitli bələdiyyə sədri Ahmet Serkan Tuncer də var.

Qeyd edək ki, Mersin Respublika Baş Prokurorluğu tərəfindən Mersin Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində əvvəlcə 59 nəfər saxlanılmışdı. İstintaq çərçivəsində daha bir nəfərin saxlanma qərarı çıxarılaraq şübhəli sayı 60 olmuşdu.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər