Shopping cart

  • Home
  • Hadisə
  • Türkiyədə iş yerinə atəş açılıb, 5 nəfər həbs edilib
Hadisə

Türkiyədə iş yerinə atəş açılıb, 5 nəfər həbs edilib

Email 34

Türkiyənin Ankara şəhərinin Çankaya rayonunda iş yerlərindən birinə silahla atəş açılması hadisəsinə görə 5 şübhəli həbs edilib.

“Qasid Media” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Ankara Təhlükəsizlik İdarəsinin Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsi məlumat yayıb.

Məlumata görə, araşdırmalar zamanı şübhəlilərdən birinin silahla iş yerinə atəş açdığı anları videoya çəkdiyi müəyyən olunub.

Bildirilib ki, əməliyyatda videodakı şəxs və onunla birlikdə hərəkət edən 5 şübhəli saxlanılıb. Məhkəməyə təqdim olunan şübhəlilərdən 5-i barəsində həbs qətimkan tədbiri seçilib. 1 şübhəli məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər