Shopping cart

  • Home
  • Hadisə
  • Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəsinə qaytarılıb
Hadisə

Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəsinə qaytarılıb

Email 80

Türkiyədə müxtəlif ağır cinayətlər törətməkdə təqsirləndirilən və axtarışda olan şəxs Bakıda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

“Qasid Media”  xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd olunub ki, İstanbul polisi və Azərbaycan polisi arasında əməkdaşlıq çərçivəsində keçirilən əməliyyat nəticəsində saxlanılan şəxs Türkiyəyə gətirilib.

Belə ki, həmin şəxs qəsdən adam öldürmə, narkotik vasitələrlə bağlı cinayətlər, eləcə də qanunsuz odlu silah və sursat əldə etmə və ya daşıma ittihamları üzrə axtarışda olub.

Türkiyə tərəfi əməliyyatda əməkdaşlığa görə Azərbaycan Daxili İşlər Nazirliyinə təşəkkür edib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər