Shopping cart

  • Home
  • Dünya
  • Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır
Dünya

Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

Email 8

Türkiyə İraqın ehtiyacı olan müdafiə sənayesi məhsullarının tədarükü ilə bağlı öhdəsinə düşəni etməyə hazırdır.

“Qasid Media” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Əli əl-Zeydi ilə birgə mətbuat konfransında deyib.

R.T. Ərdoğan İraqla ötənilki ticarət dövriyyəsinin 17 milyard dollar olduğunu bildirərək bunu artırmaq istədiklərini qeyd edib.

O həmçinin bildirib ki, İraq Türkiyəyə bir milyon barel neft tədarükü öhdəliyini üzərinə götürüb.

“Cənab nazir: “Türkiyəyə neft verə bilərik, bir milyon barel. Başqa yerə möhtac olmayın”, – dedi. Elədir, başqa yerə möhtac olmağa ehtiyac yoxdur. Qonşuyuq. İnşallah, bir milyon barel neft tədarükü ehtiyacımızı qarşılayacaq”, – Türkiyə Prezidenti vurğulayıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər