Email 23
“Turan Tovuz” və Türkiyənin “Fənərbağça” komandaları arasında keçiriləcək yoldaşlıq oyunu üçün 25 minə yaxın bilet satılıb.
”Qasid Media” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul komandasının Bakıya bu gün, saat 17:30-da gəlib.
Qeyd edək ki, “Turan Tovuz” – “Fənərbağça” oyunu oktyabrın 3-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Görüşü azərbaycanlı hakim Rəvan Həmzəzadə idarə edəcək.










