Shopping cart

  • Home
  • ABŞ
  • Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib
ABŞ

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

Email 12

ABŞ Prezidenti Donald Tramp Amerika texnologiya şirkətlərinə tətbiq edilən böyük cərimələrdən sonra Vaşinqtonun Avropa İttifaqının (Aİ) siyasəti ilə bağlı araşdırmaya başlayacağını bildirib və Brüsseli yeni rüsumlarla hədələyib.

“Qasid Media” xəbər verir ki, müvafiq paylaşım Amerika liderinin “Truth Social” səhifəsində yerləşdirilib.

Trampın sözlərinə görə, Aİ əsassız olaraq “Apple”ı 15, “Meta”nı 3, “Amazon”u 2,5, “Google”u isə 1 milyard dollar cərimələyib. Amerika liderinin iddiasına görə, “Google”a tətbiq edilən cərimələrin ümumi məbləği 18 milyard dolları keçib.

Tramp Aİ-nin hərəkətlərini “qanunsuz və son dərəcə ayrı-seçkilik xarakterli təcrübə” adlandırıb.

“Biz Amerika şirkətlərinin və öz növbəsində, Amerika vergi ödəyicilərinin “soyğunçuluq” təcrübəsi ilə bağlı 301-ci maddəyə uyğun olaraq dərhal araşdırmaya başlayacağıq. Avropa İttifaqı bu qanunsuz və son dərəcə qeyri-etik davranışın nəticəsi ağır olacaq”, – Tramp vurğulayıb.

O həmçinin əlavə edib ki, Brüssel cərimələri tamamilə ləğv etməlidir, əks halda, Vaşinqton yaxın vaxtlarda Aİ-yə qarşı “əhəmiyyətli idxal rüsumları” tətbiq etməyi planlaşdırır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər