Shopping cart

  • Home
  • Dünya
  • “The Times”: Britaniyalı hərbi dənizçi casusluğa görə həbs edilib
Dünya

“The Times”: Britaniyalı hərbi dənizçi casusluğa görə həbs edilib

Email 68

Böyük Britaniyada Hərbi Dəniz Qüvvələrinin (HDQ) kəşfiyyat bölmələrinin birində işləyən 24 yaşlı dənizçi həbs edilib.

“Qasid Media” xəbər verir ki, bu barədə “Kommersant” “The Times” nəşrinə istinadən məlumat yayıb.

London polisinin terrorizmlə mübarizə idarəsindən bildirilib ki, 1-ci dərəcəli matros Teddi Yanq 2024-cü ilin aprelində yüksək səviyyəli buraxılış əldə edərək HDQ-nin kəşfiyyatında işə başlayıb.

Polisin məlumatına görə, o, 2024-cü ilin noyabrından 2025-ci ilin mayınadək xarici dövlətə ötürmək məqsədilə “qorunan məlumatlara çıxış əldə edib, onları kopyalayıb və saxlayıb”.

Lakin polisin bəyanatında matrosun bu məxfi məlumatları ötürdüyü, yoxsa sadəcə bunu etməyə hazırlaşdığı qeyd olunmur. Həbsindən sonra Yanq Londonda magistrat hakimi qarşısına çıxarılıb və hakim onun oktyabrın 16-na təyin edilmiş növbəti məhkəmə iclasına qədər həbsdə saxlanılmasına qərar verib. Britaniya HDQ-nin nümayəndəsi vəziyyəti şərh etməkdən imtina edərək, istintaqın bu mərhələsində bunun “yersiz” olacağını bildirib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər