Shopping cart

  • Home
  • Ölkə
  • Təhsil Plus kartı ilə ictimai nəqliyyatda yeni güzəşt: 10 faiz keşbek veriləcək
Manşet

Təhsil Plus kartı ilə ictimai nəqliyyatda yeni güzəşt: 10 faiz keşbek veriləcək

Email 75

TəhsilPlus kartından istifadə edən təhsil işçiləri üçün nəqliyyat sahəsində təqdim olunan üstünlüklərin siyahısı daha da genişləndirilib.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, 1 iyul–30 sentyabr 2026-cı il tarixləri arasında Gəncə şəhərində ictimai nəqliyyatda TəhsilPlus kartı ilə edilən bütün ödənişlərə görə istifadəçilərə xərclədikləri məbləğin 10 faizi keşbek kimi geri qaytarılacaq.

Bildirilib ki, geri ödənilən vəsait hər əməliyyatdan dərhal sonra real vaxt rejimində kart hesabına köçürüləcək. Kampaniya çərçivəsində nə əməliyyat sayına, nə də geri qaytarılan məbləğə hər hansı məhdudiyyət tətbiq edilmir.

Bundan əlavə, TəhsilPlus kartı sahibləri BakıKart QR bileti vasitəsilə həyata keçirilən ödənişlər zamanı da daimi olaraq 10 faiz bonus əldə edirlər.

Layihə çərçivəsində kart istifadəçiləri nəqliyyatla yanaşı, tərəfdaş şəbəkəsinə daxil olan müxtəlif ticarət, xidmət, səhiyyə və istirahət obyektlərində də xüsusi endirim və bonuslardan yararlana bilirlər.

Qeyd edək ki, TəhsilPlus layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində kartların bütün təhsil pillələrində çalışan təhsil işçilərinə mərhələli şəkildə təqdim olunması, eləcə də onlar üçün yeni güzəştlərin və tərəfdaş şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər