Email 22
Şəmkir-Gədəbəy yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
“Qasid Media”nın məlumatına görə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü şəxs (kişi) oktyabrın 29-da saat 02:00-da Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub.
“Ona baş-beynin ocaqlı travması (kontuziya), travmatik subdural qansızma, üz və kəllə sümüklərinin sınıqları diaqnozları təyin olunub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”, – deyə məlumatda bildirilir.










