Shopping cart

  • Home
  • Ölkə
  • Sürücülük vəsiqəsi üçün tibbi arayışın etibarlılıq müddəti artırıldı
Manşet

Sürücülük vəsiqəsi üçün tibbi arayışın etibarlılıq müddəti artırıldı

Email 80

Sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanlarda tələb olunan tibbi arayışın etibarlılıq müddəti uzadılıb.

TƏBİB-dən verilən məlumata görə, sürücülüyə yararlı olmanı təsdiq edən tibbi arayış artıq 30 gün deyil, 60 gün qüvvədə olacaq.

Qurum bildirib ki, mövcud qanunvericilikdə bu arayışın etibarlılıq müddəti birbaşa müəyyən edilmədiyi üçün əvvəllər yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə onun qüvvədə olma müddəti 30 gün olaraq tətbiq edilirdi.

Lakin qısa müddət səbəbindən vətəndaşların bir çox hallarda təkrar tibbi müayinələrdən, o cümlədən rentgen və laborator analizlərdən keçmək məcburiyyətində qalması nəzərə alınaraq, məsələ yenidən qiymətləndirilib.

Nəticədə sürücülüyə yararlı olmaq barədə tibbi arayışın etibarlılıq müddəti 60 günə qədər artırılıb.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər