Email 26
“Sumqayıt” Futbol Klubunun əsas komandasının üzvü Səbuhi Abdullazadə əməliyyat olunub.
“Qasid Media” xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisi məlumat yayıb.
Bakıdakı özəl xəstəxanaların birində keçirilən əməliyyat uğurla başa çatıb.
24 yaşlı yarımmüdafiəçi təxminən 5 ay sonra meydana dönəcək.
Qeyd edək ki, S.Abdullazadə “Neftçi”yə qarşı Misli Premyer Liqasının I turunun qarşılaşmasının 74-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra meydandan kənarda əli ilə dəhlizin şüşəsini sındırıb. Böyük şüşə parçası ayağına düşərək onu ciddi zədələyib.










