Shopping cart

  • Home
  • Hərbi
  • SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
Hərbi

SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb

Email 22

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı F-35, F-16, F-15 qırıcılarının təmir-texniki xidmət, hazırlıq, dislokasiya anqarı və qırıcı sığınacaqları hədəfə alıb.

“Qasid Media” “Tasnim”ə istinadən xəbər verir ki, Amerikanın İordaniyadakı Əl-Əzrəq bazasına ağır raket zərbələri endirilib.

“Təcavüzkarı cəzalandırmaq məqsədilə keçirilən bu əməliyyatda ballistik raketlərin ağır hücumu ilə F-35, F-16, F-15 qırıcılarının təmir-texniki xidmət, hazırlıq, dislokasiya anqarı, qırıcı sığınacaqları vurulmuş və düşmənə ağır ziyan dəyib”, – SEPAH-ın bəyanatında bildirilib və əlavə edilib ki, ABŞ-nin heç bir hücumu cavabsız qalmayacaq.

Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana aid beş neft tankerini məhv etdiyi barədə məlumat yayıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər