Shopping cart

  • Home
  • Hadisə
  • Salyanda bir ailənin 3 üzvünün bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanılıb
Hadisə

Salyanda bir ailənin 3 üzvünün bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanılıb

Email 27

Salyanda bir ailənin 3 üzvünün bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanılıb.

“Qasid Media” xəbər verir ki, bu barədə Salyan rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 27-də Salyan rayonunun Sarvan kənd sakini 1971-ci il təvəllüdlü Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1998-ci il təvəllüdlü Pərvin İsmayılovun ailə üzvləri 1966-cı il təvəllüdlü Ağababa İsmayılov, 1989-cu il təvəllüdlü Təranə İsmayılovaya və Çiçək İsmayılovaya bıçaqla xəsarətlər yetirməsi, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, P.İsmayılov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər