Shopping cart

  • Home
  • Dünya
  • Şahzadə Harri kral ailəsindən üzr gözləyir
Dünya

Şahzadə Harri kral ailəsindən üzr gözləyir

Email 22

Böyük Britaniyaya qayıdan Şahzadə Harri kral ailəsinin bəzi üzvlərinin ondan üzr istəməsini gözləyir.

“Qasid Media” xəbər verir ki, bu barədə şahzadənin dostlarına istinadən “Daily Mail” nəşri məlumat yayıb.

Qeyd edilir ki, Sasseks hersoqunun ailə üzvləri ilə mövcud əlaqələrindən hələ də məmnun olmadığı vurğulanır.

“O, kral ailəsi mənsublarına hələ də əsəbidir, atasının çevrəsindəki “boz kostyumlu şəxslərdən” inciyərək yaşamağa davam edir və yenidən üzrxahlıq edilməsini gözləyir”, – deyə mənbə nəşrə açıqlamasında qeyd edib.

Yazıda vurğulanır ki, şahzadənin dostları onun vətənə dönüşündən sonra peşmançılıq göstərəcəyini ehtimal etsələr də, gözləntilər özünü doğrultmayıb.

Xatırladaq ki, Şahzadə Harri, həyat yoldaşı Meqan Markl, eləcə də övladları Arçi və Lilibet ötən həftə Böyük Britaniyaya qayıdıblar.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər