Email 39
Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya səfər edəcək.
“Qasid Media”nın məlumatına görə, o, Qoşulmama Hərəkatının Serbiyanın paytaxtı Belqrad şəhərində 31 avqust – 1 sentyabr tarixlərində keçiriləcək konfransında Azərbaycanı təmsil edəcək.
Qeyd edək ki, toplantı 1961-ci il sentyabrın 1-də Serbiyanın paytaxtında keçirilmiş Qoşulmama Hərəkatının ilk Konfransının 65-ci ildönümünə həsr olunacaq.










