Shopping cart

  • Home
  • Gündəm
  • Sabah Xətai, Sabunçu və Suraxanının bir sıra ərazilərində qaz olmayacaq
Gündəm

Sabah Xətai, Sabunçu və Suraxanının bir sıra ərazilərində qaz olmayacaq

Email 24

Sabah Xətai, Sabunçu və Suraxanı rayonlarının bir sıra ərazilərində qaz olmayacaq.

“Qasid Media”  xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyi (İB) məlumat yayıb.

Payız-qış mövsümünə hazırlıq, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun R. Quliyev, İ. Əbilov, Sadıqcan, Zığ yolu, Cavanşir küçələrinin və Kombinat ərazisinin, Sabunçu rayonunun Ə. Dadaşov, Y. Saratov, M. Kalinin, Ş. Rustaveli, M. İbrahimov küçələrinin və Balaxanı qəsəbəsində Fazenda küçəsinin, Suraxanı rayonunun Zığ qəsəbəsində H. Allahverdiyev, Xanlar, N. Gəncəvi, İ. Süleymanov, R. Göyüşov, S. Həmidov küçələrinin və Zığ şosesinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər