Shopping cart

  • Home
  • İdman
  • “Sabah” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb 
Dünya

“Sabah” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb 

Email 52

“Sabah” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb.

“Qasid Media”nın məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda Uelsdə TNS komandası ilə üz-üzə gəlib.

Qarşılaşma “bayquşlar”ın qələbəsi ilə yekunlaşıb – 2:1. 28-ci dəqiqədə Coy-Lens Mikels, 42-ci dəqiqədə Rəhman Daşdəmirov fərqlənib. Rəqibin heyətində 89-cu dəqiqədə Coş Lok təsəlli qolunun müəllifi olub.

Beləliklə, Bakıdakı görüşdə rəqibini iki cavabsız qolla üstələyən “Sabah” II təsnifat mərhələsinə vəsiqə qazanıb. Ölkə çempionu bu raundda “Kups”la (Finlandiya) münasibətlərə aydınlıq gətirəcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər