Shopping cart

  • Home
  • İdman
  • “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb
İdman

“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb

Email 32

“Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

“Qasid Media” xəbər verir ki, ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) kollektivini qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib – 3:2

Qonaqların heyətində 10-cu dəqiqədə İqor Zlatanoviç, 61-ci dəqiqədə Qay Mizrahi fərqlənib. Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci, Umarali Raxmonaliyev 74-cü, Tellur Mütəllimov 90+4-cü dəqiqədə adını taploya yazdırıb.

Rumıniyada baş tutan ilk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.

Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina, 115-ci dəqiqədə Coy-Lens Mikels növbəti dəfə qonaqları məyus ediblər.

Beləliklə, “Sabah” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər