Shopping cart

  • Home
  • İdman
  • “Sabah” Çexiya klubunun azarkeşləri üçün 3 700-ə yaxın bilet ayırıb
İdman

“Sabah” Çexiya klubunun azarkeşləri üçün 3 700-ə yaxın bilet ayırıb

Email 18

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq “Sabah” – “Slaviya” (Çexiya) oyunu ilə bağlı qonaq azarkeşlərə 3 675 yer ayrılıb.

“Qasid Media” xəbər verir ki, bu barədə Praqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Həmçinin stadiona maksimum A4 ölçüsündə çantalarla daxil olmağa icazə veriləcəyi bildirilib. Arenaya spirtli içkilər, pirotexnika, irihəcmli əşyalar və digər qadağan olunmuş vasitələrin gətirilməsinin yasaqlandığı, tribunalarda siqaret çəkməyə isə yalnız xüsusi ayrılan yerlərdə şərait yaradılacağı qeyd olunub.

Xatırladaq ki, “Sabah” – “Slaviya” matçı oktyabrın 13-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər