Shopping cart

  • Home
  • Hava
  • Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
Hava

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Email 83

Azərbaycanda sabah bəzi yerlərdə 40 dərəcə isti gözlənilir.

“Qasid Media” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaq.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər