Shopping cart

  • Home
  • İdman
  • “Sabah” Azərbaycan futbolu tarixinə avrokuboklarda Liqa mərhələsinə yüksələn 4-cü komanda olub
İdman

“Sabah” Azərbaycan futbolu tarixinə avrokuboklarda Liqa mərhələsinə yüksələn 4-cü komanda olub

Email 3

“Sabah” Azərbaycan futbolu tarixinə avrokuboklarda Liqa mərhələsinə yüksələn 4-cü komanda kimi düşüb.

“Qasid Media” Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, paytaxt təmsilçisi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın “KuPS” klubunu hər iki oyunda məğlub edərək (1:0, 2:0) III təsnifat mərhələsinə yüksəlib.

Bununla da “Sabah” tarixində ilk dəfə avrokubokların liqa mərhələsinə vəsiqəni təmin edib.

Komandanın UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və ya UEFA Konfrans Liqasının hansı liqa mərhələsində çıxış edəcəyi növbəti iki təsnifat mərhələsinin nəticələrindən sonra dəqiqləşəcək.

Qitəmiqyaslı turnirlərdə 2023/24 mövsümündə debüt edən “Sabah” bu uğura avrokuboklardakı 4-cü mövsümündə imza atıb.

Bunadək Azərbaycan futbolunda yalnız üç komanda – “Neftçi”, “Qarabağ” və “Qəbələ” qitə kuboklarının əsas mərhələsində çıxış edib. Həmin klublar birlikdə 15 dəfə bu uğuru təkrarlayıblar.

“Neftçi” – 1 dəfə

UEFA Avropa Liqası – 2012/13

“Qarabağ” – 12 dəfə

UEFA Avropa Liqası – 2014/15

UEFA Avropa Liqası – 2015/16

UEFA Avropa Liqası – 2016/17

UEFA Çempionlar Liqası – 2017/18

UEFA Avropa Liqası – 2018/19

UEFA Avropa Liqası – 2019/20

UEFA Avropa Liqası – 2020/21

UEFA Konfrans Liqası – 2021/22

UEFA Avropa Liqası – 2022/23

UEFA Avropa Liqası – 2023/24

UEFA Avropa Liqası – 2024/25

UEFA Çempionlar Liqası – 2025/26

“Qəbələ” – 2 dəfə

UEFA Avropa Liqası – 2015/16

UEFA Avropa Liqası – 2016/17

“Sabah” – 1 dəfə

Avrokuboklar – 2026/27

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər