Shopping cart

  • Home
  • İdman
  • “Səbail” klubu ev oyunlarını Qubada keçirmək üçün danışıqlar aparır
İdman

“Səbail” klubu ev oyunlarını Qubada keçirmək üçün danışıqlar aparır

Email 39

“Səbail” Futbol Klubunun rəhbərliyi Quba Olimpiya İdman Kompleksinin stadionunda ev oyunlarını keçirmək məqsədilə danışıqlar aparır.

“Qasid Media” xəbər verir ki, bu barədə I Liqa təmsilçisindən məlumat verilib.

Klubdan bildirilib ki, rəqibləri məhz Quba şəhərində qəbul etmək istəyirlər:

“Komandanın adının dəyişdirilməsi proseduru hələ başa çatmayıb, bu istiqamətdə işlər davam etdirilir. Klub rəhbərliyi Quba Olimpiya İdman Kompleksinin stadionu ilə bağlı danışıqlar aparır. Yəqin ki, yaxın vaxtlarda həmin stadionda bərpa işlərinə başlanılacaq”.

Qeyd edək ki, “Səbail” mövsümün startında ev matçlarını Binə qəsəbə stadionunda keçirib. VII turda “Gəncəbasar”la ev oyunu isə “Bank Respublika Arena”da baş tutacaq.

Komanda hazırda I Liqada 11 xalla turnir cədvəlinin 4-cü sırasında yer alıb və lider “Gəncəbasar”dan 4 xal geridədir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər