Shopping cart

  • Home
  • Dünya
  • Rusiyanın Yaroslavl vilayətində dron hücumundan sonra NEZ-də yanğın baş verib
Dünya

Rusiyanın Yaroslavl vilayətində dron hücumundan sonra NEZ-də yanğın baş verib

Email 26

Rusiya Federasiyasının (RF) Yaroslavl vilayətindəki neft email zavodunda (NEZ) pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində yanğın baş verib.

“Qasid Media” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Mixail Yevrayev bildirib.

Onun məlumatına görə, vilayət üzərindəki səmada 65 PUA məhv edilib.

“Bu gün düşmən PUA-larının böyük hücumu dəf edilib. 65 pilotsuz uçuş aparatı vurulub. (…) Neft emalı zavodunda zədələnmələr var. Yanğınların operativ şəkildə söndürülməsi aparılır”, – “İnterfaks” Yevrayevin sözlərindən sitat gətirir.

Məlumata görə, dron hücumları nəticəsində xəsarət alan olmayıb.

“Hazırda regionumuzun ərazisində pilotsuz uçuş aparatlarının birbaşa hücum təhlükəsi yoxdur”, – region rəhbəri əlavə edib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər