Shopping cart

  • Home
  • İdman
  • Rodri “Real Madrid”ə keçmək niyyətindədir
İdman

Rodri “Real Madrid”ə keçmək niyyətindədir

Email 20

“Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri Madridin “Real” klubuna keçməkdə maraqlıdır.

“Qasid Media” xəbər verir ki, bu barədə jurnalist Ramon Alvares “X” sosial şəbəkəsində paylaşım edib.

Mənbənin məlumatına görə, Rodri “Mançester Siti” ilə 2027-ci ilin yayında başa çatacaq müqaviləni uzatmaqdan imtina edir. 30 yaşlı futbolçu İspaniyaya qayıtmaq və “Real”da çıxış etmək istəyir.

İspaniyalı 2019-cu ildən Mançesterdə oynayır, komandanın heyətində bütün turnirlərdə 298 matç keçirib, 28 qol vurub və 32 məhsuldar ötürmə edib.

Daha əvvəl “Sport.es” xəbər vermişdi ki, “Real”ın baş məşqçisi olan Joze Mourinyo Rodrini almaq istəyir.

Bazar günü İspaniya millisi dünya çempionatının finalında Argentina komandasına 1:0 hesabı ilə qalib gəlib, Rodri isə turnirin ən yaxşı oyunçusu olub.

“Transfermarkt” portalı futbolçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər