Shopping cart

  • Home
  • İdman
  • “Real” 125 milyon avro qarşılığında Yan Diomandeni transfer edib
İdman

“Real” 125 milyon avro qarşılığında Yan Diomandeni transfer edib

Email 11

İspaniyanın “Real” klubu Fildişi Sahili millisinin futbolçusu Yan Diomandeni Almaniyanın “Leyptsiq” klubundan transfer edib.

“Qasid Media”  xəbər verir ki, bu barədə “Kral klubu”nun mətbuat xidməti məlumat yayıb.

Madrid təmsilçisi bu keçid üçün 125 milyon avro ödəyib, daha 15 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub. 19 yaşlı futbolçu ilə 2033-cü ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, Diomande 2025-ci ilin yayında İspaniyanın “Leqanes” klubundan “Leyptsiq”ə keçib. O, Almaniya komandasında müxtəlif turnirlərdə 36 oyuna çıxaraq 13 qol vurub və 10 məhsuldar ötürmə edib.

Kot-d’İvuar millisində isə futbolçunun aktivində 14 oyunda 3 qol və 1 məhsuldar ötürmə var. O, 2026-cı il dünya çempionatında 4 matçda iştirak edib və bir dəfə fərqlənib.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər