“Qalibiyyət vacib idi”.
“Qasid Media”nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis səfərdə İslandiyanın “Vestri” komandasına qalib gəldikləri (3:0) UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu haqqında fikirlərini bölüşüb:
“Yaxşı oyun alındı. Uzun yol gəlmişdik. İki oyunun nəticəsinə görə 6 qol və qol buraxmamaq – bu yaxşı nəticədir. Futbolçularımı təbrik edirəm”.
Q.Qurbanov bildirib ki, sabahdan II raunddakı rəqibləri olan Bolqarıstanın MOİK (Sofiya) komandası ilə maraqlanmağa başlayacaqlar:
“Daha yaxşı hazırlaşmağa çalışacağıq. Çatışmazlıqlarımız var. Amma belə hava şəraitində əvvəlki oyuna nisbətən daha yaxşı oynadıq. İnşallah vaxtımız olacaq və inanıram ki, qarşıdakı oyunda daha yaxşı idman formasında olacağıq”.
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən 6:0 hesablı qələbə qazanan “Qarabağ” II təsnifat mərhələsinə yüksəlib










