Shopping cart

Nəqliyyat

Qobustanda daha bir körpü yenilənəcək

Email 15

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində daha bir körpünün yenilənməsi nəzərdə tutulur.

“Qasid Media” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, son bir neçə ayda rayonda 5 yeni körpü inşa edilərək istifadəyə verilib. Onlardan 3-ü Qobustan qəsəbəsi ərazisində, Bakı–Ələt–Qazax magistral avtomobil yolunun 55-ci kilometrində, digər 2-si isə Səngəçal–Çeyildağ və Lökbatan–Güzdək avtomobil yollarında yerləşir.

Qobustanda istifadəyə verilən üçüncü körpünün uzunluğu 45,2 metr, hərəkət hissəsinin eni isə 10 metrdir.

Eyni ərazidə yerləşən 4-cü körpünün də sökülərək yenidən inşasına yaxın günlərdə başlanılması nəzərdə tutulur.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər