Shopping cart

  • Home
  • Nəqliyyat
  • Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb
Nəqliyyat

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

Email 2

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində magistral avtomobil yolunun əks hərəkət istiqamətində yerləşən avtomobil körpüsünün də söküntüsü işlərinə başlanılıb.

“Qasid Media” xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, sözügedən körpünün, eləcə də magistral yolun hər iki hərəkət istiqaməti üzrə yan yollarda yerləşən körpülərin sökülərək yenidən inşa olunması barədə qərar aparılmış texniki müayinələrin nəticələrinə əsasən qəbul edilib.

Layihə çərçivəsində mövcud körpülər sökülərək onların yerində müasir norma və standartların tələblərinə cavab verən yeni avtomobil körpüləri inşa olunacaq.

Daha əvvəl Qobustan qəsəbəsi ərazisində inşa olunan yeni avtomobil körpüsünün tikintisinin başa çatdığı barədə məlumat verilmişdi.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər