Email 14
Qax-Şəki avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti açıqlanıb.
“Qasid Media” xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, qəzada xəsarət alan üç kişi 30 iyul 2026-cı il tarixində saat 17 radələrində Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.
Hazırda yaralıların müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir.
TƏBİB-in məlumatına görə, xəsarət alanlardan birinin vəziyyəti ağır, digər iki nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.










