Shopping cart

  • Home
  • Gündəm
  • Qaxdakı ağır qəzada yaralananların son vəziyyəti AÇIQLANDI
Gündəm

Qaxdakı ağır qəzada yaralananların son vəziyyəti AÇIQLANDI

Email 15

Qax-Şəki avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti açıqlanıb.

“Qasid Media” xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, qəzada xəsarət alan üç kişi 30 iyul 2026-cı il tarixində saat 17 radələrində Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.

Hazırda yaralıların müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir.

TƏBİB-in məlumatına görə, xəsarət alanlardan birinin vəziyyəti ağır, digər iki nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər