Shopping cart

  • Home
  • İdman
  • “Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır
İdman

“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

Email 56

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.

“Qasid Media” xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın “Vestri” komandasının qonağı olacaq.

Qarşılaşma iyulun 16-dan 17-nə keçən gecə Reykyavikdəki “Torfnesvöllur” stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü çexiyalı FIFA referisi Marek Radina idarə edəcək.

Bakıdakı ilk matçda “köhlən atlar” 3 cavabsız qolla qalib gəlib.

Xatırladaq ki, “Qarabağ” “Vestri” səddini keçəcəyi halda növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər