Shopping cart

  • Home
  • İdman
  • “Qalatasaray” Rusiya yığmasının oyunçusunu 
İdman

“Qalatasaray” Rusiya yığmasının oyunçusunu 

Email 13

Türkiyənin “Qalatasaray” klubu Rusiya yığmasının və “Lokomotiv Moskva”nın futbolçusu Aleksey Batrakovun transferi ilə bağlı danışıqlara start verib.

“Qasid Media” xəbər verir ki, bu barədə məlumatı tanınmış türkiyəli jurnalist Safa Kaan Öztürk özünün “X” sosial şəbəkə hesabında paylaşıb.

Bildirilir ki, hazırkı məqamda İstanbul təmsilçisi üçün Batrakovun transferi Fransa “Strasburq”unun və Paraqvay yığmasının yarımmüdafiəçisi Xulio Ensisodan daha prioritet hesab olunur.

Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi “Lokomotiv”in yetirməsidir və 2024-cü ildən klubun əsas komandasında çıxış edir. Batrakov ötən mövsüm ərzində müxtəlif turnirlərdə “Lokomotiv”in heyətində 36 oyuna çıxıb, 17 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər