Shopping cart

  • Home
  • İdman
  • “Qəbələ” “Neftçi”dən ayrılan Elvin Camalovla 2 illik müqavilə bağlayacaq
İdman

“Qəbələ” “Neftçi”dən ayrılan Elvin Camalovla 2 illik müqavilə bağlayacaq

Email 23

“Qəbələ” klubu yarımmüdafiəçi Elvin Camalovla 2 illik müqavilə bağlayacaq.

“Qasid Media” xəbər verir ki bu barədə 31 yaşlı futbolçu məlumat verib.

Azərbaycan millisinin üzvü transferin yaxın vaxtda açıqlanacağını bildirib:

“2 illik müqavilə müddəti nəzərdə tutulub. Hər iki tərəf üçün uğurlu olmasını istəyirik. Transferin yaxın vaxtda açıqlanması gözlənilir”.

Qeyd edək ki, 2025-ci ilin yanvarında “Neftçi”yə transfer olunan E.Camalov 2 gün əvvəl “ağ-qaralar”dan ayrılıb.

O, bu müddətdə Bakı klubunun heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər