Fransanın PSJ klubunun futbolçuları Ferran Torres və Fabian Ruis UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdiriblər.
“Qasid Media” xarici mətbuata istinadən xəbər verir ki, oyunçular buna Liqa mərhələsinin I turunda Slovakiya təmsilçisi “Slovan”ı 6:1 hesabı ilə məğlub etdikləri matçda nail olublar.
Torres (3) və Ruis (1) birlikdə dörd qola imza atıblar. Bu, qitənin bir nömrəli klub turnirinin tarixində ispaniyalı futbolçuların qeyri-İspaniya komandasının heyətində 4 qol vurduğu ilk haldır.
Əvvəlki rekord üç qol idi. 2010-cu ildə Raul Qonsales və Xose Manuel Xurado “Şalke 04″də (Almaniya), 2013-cü ildə Fernando Torres və Xuan Mata “Çelsi”də (İngiltərə) üç qol vurublar. 2013-cü ildə Alvaro Neqroda “Mançester Siti”də (İngiltərə), 2016-cı ildə Lukas Peres “Arsenal”da (İngiltərə) het-trik etmişdi.










