Shopping cart

  • Home
  • Gündəm
  • “Prior Leasing”in istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Gündəm

“Prior Leasing”in istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Email 14

Noyabrın 23-də “Bakı Fond Birjası” QSC-də (BFB) “Prior Leasing” ASC-nin 2 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Qasid Media” bu barədə birjaya istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqraz abunə yazılışı üsulu ilə yerləşdiriləcək. Abunə yazılışı sentyabrın 21-dən noyabrın 19-na qədər həyata keçiriləcək.

Qiymətli kağızlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək.

Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər