Shopping cart

  • Home
  • Gündəm
  • Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər
Gündəm

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Email 18

Polis Akademiyasının kursantları 8 Noyabr – Zəfər Günü münasibətilə fləşmob təşkil ediblər.

“Qasid Media” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fləşmobda kursantların iştirakı ilə ərsəyə gələn kompozisiyada Azərbaycan xalqının tarixi Zəfərini, milli qürurunu və qalibiyyət əzmini ifadə edən “Zəfərə atılan imza” və “Zəfərin memarı” sözləri əks olunub.

Fləşmobun məqsədi Azərbaycanın şanlı Qələbəsinin əhəmiyyətini, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin gənc nəsil tərəfindən uca tutulduğunu və gələcək nəsillərə ötürülən milli qürur və iftixar mənbəyi olduğunu nümayiş etdirməkdir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər