Shopping cart

  • Home
  • Dünya
  • Paşinyan: Ermənistanı KTMT-dən çıxarmaq qərarına sevinərəm
Dünya

Paşinyan: Ermənistanı KTMT-dən çıxarmaq qərarına sevinərəm

Email 48

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmaq niyyətində deyil və oradan çıxarılmasını gözləyir.

“Qasid Media” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

“Dəqiq deyə bilərəm ki, biz KTMT-də fəaliyyətimizi bərpa etməyəcəyik. O təşkilatda müzakirələr gedir və nizamnamə həmçinin ölkənin oradan çıxarıla biləcəyini nəzərdə tutur. Əgər Ermənistanı KTMT-dən xaric etmək qərarına gəlsələr, çox məmnun olacağam. Bu, bizi çıxmaq, yoxsa çıxmamaq seçimindən azad edəcək. Bizim KTMT-yə olan marağımız tükənib”, – o əlavə edib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər