Shopping cart

  • Home
  • Dünya
  • Pakistan ordusu Əfqanıstanın Qəndəhar şəhərinə zərbə endirib
Dünya

Pakistan ordusu Əfqanıstanın Qəndəhar şəhərinə zərbə endirib

Email 10

Pakistan Silahlı Qüvvələri Əfqanıstanın cənubunda yerləşən Qəndəhar şəhərinə zərbələr endirib.

“Qasid Media” xəbər verir ki, bu barədə Əfqanıstanın TOLO News telekanalı məlumat yayıb.

Qeyd olunub ki, zərbələr şəhərin doqquzuncu rayonunun yaxınlığındakı əraziyə endirilib.

Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid telekanala açıqlamasında hücum nəticəsində hər hansı zərərin qeydə alınmadığını bildirib.

Daha sonra Pakistanın informasiya naziri Attaullah Tarar bildirib ki, hücumlar Əfqanıstan tərəfinin hava məkanının pozulmasına cavab olaraq həyata keçirilib:

“Zərbələr məqsədyönlü, dəqiq və ölçülü olub, yalnız Pakistana hücum cəhdləri ilə birbaşa əlaqəli olduğu müəyyən edilmiş hərbi obyektlərlə məhdudlaşıb”.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər