Shopping cart

“Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Dinamo” ilə qarşılaşacaq

“Neftçi”nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. “Qasid Media”nın məlumatına görə, bu, “ağ-qaralar” bu raundda “Dinamo” (Minsk, Belarus) kollektivi ilə üz-üzə gələcək. Belarus təmsilçisi I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” komandasını mübarizədən kənarlaşdırıb. İlk oyunda 0:1 hesabı ilə məğlub olan “Dinamo” cavab

Read More

UEFA Avropa Liqası: “Qarabağ” II təsnifat mərhələsinə yüksəlib 

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Vestri” (İslandiya) komandasını üstələyən “Qarabağ” növbəti raunda adlayıb. “Qasid Media”  xəbər verir ki, Reykyavikdəki “Torfnesvöllur” stadionunda keçirilən cavab matçı Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Köhlən atlar”ın heyətində Jali Muaddib (5), Pedro Bikalyo (29) və Zakarya Savo (57) fərqləniblər.

Read More

ABŞ tələbə vizasının verilmə qaydalarını sərtləşdirir

Tramp administrasiyası əcnəbi tələbələr, mədəni mübadilə proqramının iştirakçıları və xarici jurnalistlər üçün vizaların etibarlılığını məhdudlaşdıran yeni qaydaları təsdiqləyib. “Qasid Media”nın məlumatına görə, müvafiq qərar ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) saytında dərc edilib. Yeni qaydalara əsasən, F vizaları (əcnəbi tələbələr üçün), J vizaları (mədəni mübadilə proqramının iştirakçıları

Read More

Venesuelada zəlzələ qurbanlarını sayı 4 930 nəfərə çatıb

Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 4 930 nəfərə çatıb. “Qasid Media”nın məlumatına görə, bu barədə Milli Assambleyanın spikeri Xorxe Rodriqez teleqram kanalında xəbər verib. Rodriqesin dərc etdiyi yenilənmiş hökumət hesabatına görə, 16 740 nəfər müxtəlif dərəcəli xəsarət alıb, daha 17 907 nəfər evsiz

Read More

Türkiyədə 89 qanunsuz miqrant saxlanılıb

Türkiyənin İzmir şəhərinin Seferihisar və Menderes rayonlarında keçirilən əməliyyatlar zamanı 89 qanunsuz miqrant saxlanılıb. “Qasid Media” xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb. Məlumata görə, Seferihisar rayonunda sahil mühafizəsi və jandarm əməkdaşları tərəfindən keçirilən əməliyyatda aralarında uşaq da olmaqla 61 qanunsuz miqrant saxlanılıb.

Read More

ABŞ İrana növbəti zərbələr dalğasının başa çatdığını bildirib 

Amerika hərbçiləri İrana daha bir zərbə dalğasını başa çatdırıb. “Qasid Media”nın məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə “X” sosial şəbəkəsində bildirib. “Bu gün Şərq vaxtı ilə saat 21:40-da (Bakı vaxtı ilə saat 05:40 – red.) ABŞ Mərkəzi Komandanlığı İrana sonuncu böyük zərbə

Read More

İlham Əliyev Donald Trampa təşəkkür edib

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri paylaşdığı üçün ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. “Qasid Media”nın məlumatına görə, bununla bağlı dövlət başçısının sosial media hesablarında paylaşım edilib. Paylaşımda deyilir: Cənab Prezident, Şuşa Qlobal Media Forumunda səsləndirdiyim və “Breitbart” nəşrinə istinadən Sizi “Sülh

Read More

Konqoda Eboladan ölənlərin sayı 800 nəfərə çatıb

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan ölənlərin sayı təxminən 800 nəfərə çatıb. “Qasid Media” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın mənzil-qərargahında keçirdiyi brifinqdə bildirib. “Hazırda 2 073 yoluxma halı qeydə alınıb, onlardan 796-sı ölümlə nəticələnib”, – o

Read More

Fransa millisinin futbolçusu Uilyam Saliba bir neçə ay yaşıl meydanlardan kənarda qala bilər

Fransa millisinin və İngiltərənin “Arsenal” klubunun futbolçusu Uilyam Saliba bir neçə ay yaşıl meydanlardan kənarda qala bilər. “Qasid Media” “Lequipe” nəşrinə istinadən xəbər verir ki, buna müdafiəçinin belindən ciddi zədə alması səbəb olub. O, davamlı ağrılara baxmayaraq, DÇ-2026-da meydana çıxıb və fiziki imkanlarının həddində oynayıb. Belindəki narahatlıq

Read More

Azərbaycan CAR-a karbamid tədarük etməyə başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 53,5 milyon ABŞ dolları dəyərində 124 min ton karbamid ixrac edib. “Qasid Media” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 54 % azdır. Hesabat dövründə Azərbaycan Ukraynaya 35,3 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki

Read More