Shopping cart

Almaniya mediası: Mahir Emreli “Rakuv”a transfer olunur

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubundan Polşa təmsilçisi “Rakuv”a keçir. “Qasid Media” xəbər verir ki, bu barədə Almaniyanın “n-tv.de” nəşri məlumat yayıb. 29 yaşlı hücumçu Çenstoxova şəhərinə yollanıb. Xatırladaq ki, Mahir Emreli 2025-ci ilin yayında “Nürnberq”dən “Kayzerslautern”ə transfer olunub.

Read More

Argentinanın 50 min azarkeşi DÇ-2026-nın finalında komandanı dəstəkləmək üçün Nyu-Yorka gedib

50 min argentinalı azarkeş futbol üzrə dünya çempionatının final oyununda İspaniya millisinə qarşı matçda öz komandalarını dəstəkləmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə yollanıblar. “Qasid Media” “Marca”ya istinadən məlumat verir ki, fanatların hamısı birbaşa Argentinadan gəlməyib. Onların bəziləri ABŞ-də yaşayırlar. Bununla belə, bütün tərəfdarlar stadiona daxil ola bilməyəcəklər.

Read More

HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) “Təməl dalğıc kursu”nun buraxılış mərasimi keçirilib. “Qasid Media” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Buraxılış mərasimində çıxış edənlər bu cür kursların keçirilməsinin şəxsi heyətin ixtisas və

Read More

Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub

Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, leysan xarakterli intensiv yağış yağıb. “Qasi Media” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 18-i saat 10:00-a olan məlumatında qeyd edilib. Düşən yağıntının

Read More

Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib

Bəhreyn Müdafiə Qüvvələri İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib. “Qasid Media” “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə Bəhreyn Silahlı Qüvvələri Baş Komandanlığının bəyanatında bildirilib. “Baş Komandanlıq təsdiq edir ki, bütün silah sistemləri və bölmələri ən yüksək hazırlıq vəziyyətindədir və Krallığın müdafiəsinə tam hazırdır”,

Read More

Avropa çempionatı: Azərbaycanın çimərlik futbolu millisi pley-off mərhələsinə yüksəlib

Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) üçüncü oyuna çıxıb. “Qasid Media”  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının B qrupunda yer alan komanda Latviya yığması ilə qarşılaşıb. Batumi çimərlik meydançasında baş tutan görüş rəqibin 3:2 hesablı

Read More

Vyetnamda qəfil daşqın baş verib: 4 nəfər ölüb, daha 4 nəfər itkin düşüb

Vyetnamın şimalındakı Layçau əyalətində baş verən qəfil daşqın nəticəsində azı 4 nəfər ölüb, daha 4 nəfər isə itkin düşmüş hesab olunur. “Qasid Media” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Vyetnam İnformasiya Agentliyinin məlumatına görə, daşqın bir neçə gün davam edən güclü

Read More

3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır

3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi bu gün start götürür. “Qasid Media”nın məlumatına görə, Fəvvarələr Meydanında yarışda Azərbaycan millisi və “Neftçi SOCAR” komandası mübarizə aparacaq. Milli komanda seçmə mərhələnin B qrupunda Benin və Braziliya yığmaları ilə üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq saat 10:25 və

Read More

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?

Futbol üzrə dünya çempionatında üçüncü yerin sahibini müəyyənləşdirəcək matç baş tutacaq. “Qasid Media” xəbər verir ki, bürünc medal uğrunda mübarizədə Fransa yığması İngiltərə millisi ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə iyulun 18-dən 19-na keçən gecə saat 01:00-da səslənəcək. Dünya çempionatı Üçüncü yer 19

Read More

Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,68ABŞ dolları və ya 3,02 % artaraq 91,5 ABŞ dolları təşkil edib. “Qasid Media” xəbər verir ki, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 84,66ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,61 ABŞ dolları və

Read More