Shopping cart

  • Home
  • İdman
  • Avropa çempionatı: Azərbaycanın çimərlik futbolu millisi pley-off mərhələsinə yüksəlib
İdman

Avropa çempionatı: Azərbaycanın çimərlik futbolu millisi pley-off mərhələsinə yüksəlib

Email 22

Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) üçüncü oyuna çıxıb.

“Qasid Media”  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının B qrupunda yer alan komanda Latviya yığması ilə qarşılaşıb.

Batumi çimərlik meydançasında baş tutan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qolu Orxan Məmmədov vurub. Bununla qrupda ikinci yeri tutan Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb. Komanda bu raundda Norveç yığması ilə qarşılaşacaq. Qeyd edək ki, millimiz qrupdakı ilk iki oyunda İngiltərəyə 8:3, Slovakiyaya 4:2 hesabı ilə qalib gəlib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər