Shopping cart

  • Home
  • Dünya
  • Özbəkistanda yeni qaz yatağı kəşf edilib
Dünya

Özbəkistanda yeni qaz yatağı kəşf edilib

Email 8

Özbəkistanda Üstyurt regionunun mərkəzi hissəsində aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni “Karatau” qaz-kondensat yatağı kəşf edilib.

“Qasid Media” xəbər verir ki, bu barədə “Özbəkneftqaz” məlumat yayıb.

Qaraqalpaqstan Respublikasının Muynak rayonu ərazisində yerləşən Karatau sahəsində 4860 metr dərinliyində 1 saylı axtarış quyusu qazılıb.

Oktyabrın 3-də sınaqlar zamanı 3273-3213 metr dərinlik intervalındakı Alt Yura çöküntülərindən sənaye əhəmiyyətli təbii qaz və kondensat axını əldə edilib.

Cari ilin sonunadək 2 saylı axtarış quyusunun qazılmasının başa çatdırılması, həmçinin 3 və 4 saylı axtarış-kəşfiyyat quyularının qazılmasına başlanılması planlaşdırılır.

Karatau sahəsində əldə olunan geoloji nəticələr Üstyurt regionunda dərin layların öyrənilməsi üzrə geoloji-kəşfiyyat işlərinin yeni perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər