Shopping cart

  • Home
  • Gündəm
  • Övladlığa götürmək istəyən şəxslərin sosial işçi ilə görüş və təlimin müddəti qısaldılıb
Gündəm

Övladlığa götürmək istəyən şəxslərin sosial işçi ilə görüş və təlimin müddəti qısaldılıb

Email 10

Valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürmək istəyən şəxslər üçün sosial işçi ilə görüş və təlim müddətləri qısaldılır.

“Qasid Media” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik haqqında Fərman imzalayıb.

Fərmana əsasən, valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə 1 ay müddətində ayda ən azı 20 saat olmaqla görüş təşkil ediləcək.

Əvvəlki qaydaya əsasən, bu, 2 ay ərzində ən azı 40 saat idi.

Həmçinin valideyn himayəsindən məhrum olmuş 0-3 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında müddət 10 gün ərzində 6 saatadək qısaldıla bilər. Əvvəlki qaydada bu, 20 gün müddətində 12 saatadək idi.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər