Shopping cart

  • Home
  • Gündəm
  • Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib
Gündəm

Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib

Email 10

Azad olunan ərazilərdə sentyabrın 28-dən oktyabrın 4-dək 31 tank əleyhinə mina, 254 piyada əleyhinə mina, 838 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

“Qasid Media” xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Hesabata əsasən, həmin müddət ərzində 1144,9 ha ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər