Shopping cart

Gündəm

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Email 14

2026-ci ilin oktyabr ayı ərzində ümumilikdə 80 aptekdə yoxlama həyata keçirilib.

“Qasid Media” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu yoxlamalardan 9-u Bakı şəhərində, 71-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 79-u planlı, 1-i plandankənar olub.

Vurğulanıb ki, aparılmış yoxlamalar nəticəsində 24 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 215.4 , 221.1 ,452.1 ,452.2 ,452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər